AZ

Mingəçevir Dövlət Universitetində şəhid məzun Əzəmi Hüseynovun xatirəsi anılıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 avqust, AZƏRTAC

Avqustun 29-da Mingəçevir Dövlət Universitetinin (MDU) qəhrəman məzunu, Vətən müharibəsi şəhidi Əzəmi Hüseynovun doğum günündə xatirəsi ehtiramla anılıb. Universitetin rektoru Anar Eminov şəhidin məzarını və ev-muzeyini ziyarət edərək, ailə üzvlərinə universitet kollektivi adından ehtiramını bildirib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Əzəmi Hüseynov 2010–2014-cü illərdə Mingəçevir Politexnik İnstitutunun (indiki Mingəçevir Dövlət Universiteti) energetika mühəndisliyi ixtisasında ali təhsil alıb. O, 2020-ci ildə Vətən müharibəsi zamanı oktyabrın 8-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və digər medallarla təltif edilən şəhidimizin xatirəsi universitet ailəsinin qəlbində daim yaşayacaq.

Qeyd edək ki, MDU-da şəhidlərin əziz xatirəsinin daim anılması diqqət mərkəzində saxlanılır və bununla əlaqədar müxtəlif formatlı tədbirlər keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
91
2
azertag.az

3Mənbələr