AZ

Joze Mourinyo istefa kompensasiyalarından 108 milyon avro qazanıb

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Joze Mourinyonun istefaya göndərilməyə görə aldığı kompensasiyaların məbləği 100 milyon avronu keçib.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssisin "Fənərbaxça"nın baş məşqçisi vəzifəsindən azad edilməsinə görə təzminat məbləği kimi 15 milyon avro qazanacağı bəlli olub.

Bu, Mourinyonun məşqçilik karyerasında yeddinci dəfə işdən qovulmasıdır.

"Record"un hesablamalarına görə, məşqçiyə ödənilən kompensasiyaların ümumi məbləği 108 milyon avro təşkil edib.

Mourinyoya təzminat ödəyən klublar arasında "Çelsi" (iki dəfə), "Real", "Mançester Yunayted", "Tottenhem" və "Roma" da var.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
118
27
icma.az

10Mənbələr