Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Deputat Minsk qrupunun ləğvi ilə bağlı müsbət qərarın qəbul ediləcəyini gözləyir:
“Düşünmürəm ki, kimsə bunun qarşısını ala bilsin. Əgər tərəflər bunun lehinədirlərsə, razılığa gəliblərsə, kim və hansı əsasla buna qarşı gedə bilər? Hansısa səbəb göstərilirsə, onu əsaslandırmaq lazımdır. Burada isə əsaslandırılacaq nəsə qalmayıb. Tərəflər bunu istəyirlər. Kim deyəcək ki, yox, bunu saxlamaq lazımdır. Hər bir halda Azərbaycan, ümumiyyətlə bütün qərarlara veto qoya bilər və hər hansı qərarın qəbulunun qarşısını ala bilər. Ona görə də düşünmürəm ki, kimsə buna getsin”.
R.Musabəyov hesab edir ki, Minsk qrupu tarixdə “diplomatik turizm” fəaliyyətini icra edən struktur kimi qalacaq:
“Bu təsisatın münaqişənin nizamlanmasında heç bir faydası olmayıb. Məsələnin həlli ilə yox, prosesi dondurmaqla məşğul idilər. Təki müharibə olmasın, vəziyyəti olduğu kimi saxlasınlar”.
10Mənbələr
-
publika.azMinsk qrupunun ləğvi: Qarabağ beynəlxalq gündəlikdən çıxarıldı ( 20899987)
-
7news.azATƏT-in Minsk qrupu rəsmən ləğv edildi ( 20897962)
-
yenisabah.azXİN: ATƏT-in Minsk qrupu ləğv edildi ( 20897026)
-
525.azMinsk qrupunun sonu ( 20879485)
-
demokrat.az“Minsk qrupu tarixdə “diplomatik turizm” fəaliyyəti ilə qalacaq” — Deputat ( 20825794)
-
cebheinfo.azMinsk qrupunun ləğvi Azərbaycana nə vəd edir? ( 20822560)
-
cebheinfo.azMinsk qrupunun ləğvi Azərbaycana nə vəd edir? ( 20822557)
-
525.az“Minsk qrupu tarixdə “diplomatik turizm” fəaliyyəti ilə qalacaq” Deputat ( 20821345)
-
cebheinfo.azATƏT-in Minsk qrupu ləğv olunur: “Bu, Azərbaycanın qələbəsidir” ( 20778622)
-
cebheinfo.azATƏT in Minsk qrupu ləğv olunur: “Bu, Azərbaycanın qələbəsidir” ( 20777722)