Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının üçüncü gününü medalsız başa vurublar.
Apasport.az xəbər verir ki, Məhəmməd Ağakişiyev (73 kq) 1/16 finalda Atxan Biçoyevi (IJF) məğlub etsə də, 1/8 finalda Veliko Varniçiçə (Serbiya) uduzub.
Səmayə Yusifli (57 kq) isə 1/16 finalda Nonoka Yamakavaya (Yaponiya) məğlub olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 11 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar.
Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bəlli olub
Qusarda cüdo məşqçiləri üçün təlim keçirilib - FOTO
Bakıda cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib - FOTO
Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib