AZ

Putin Ərdoğanla bir sıra regional məsələləri müzakirə edəcək

BAKI, TurkicWorld, Səməd Əyyubov

Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, liderlər Ukrayna münaqişəsinin siyasi həlli, Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi və digər regional məsələləri müzakirə edəcəklər.

“Hindistanlı həmkarımızla görüşdən sonra Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar planlaşdırılır. Liderlər tez-tez telefonla əlaqə saxlayırlar və biz bu danışıqlar barədə mütəmadi məlumat yayırıq” – deyə, Uşakov bildirib.

Uşakov əlavə edib ki, müzakirələrdə ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Ukrayna, Şimali Afrika, Cənubi Qafqaz və digər beynəlxalq mövzular da gündəmdə olacaq.

Qeyd edək ki, Çində baş tutacaq bu görüş cari ildə prezidentlərin ilk üzbəüz görüşü olacaq.

Seçilən
99
35
turkic.world

9Mənbələr