AZ

“Neftçi” "Turan Tovuz"a UDUZDU - VİDEO

Misli Premyer Liqasında 3-cü tur start götürüb.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Saat 20:30-da "Turan Tovuz" "Neftçi"nin qonağı olub. Görüş tovuzluların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" daha öncə "Şamaxı" (1:1) və "İmişli" (0:0) ilə heç-heçə edib. Beləliklə, "ağ-qaralar" 3 tur ərzində qələbə qazana bilməyiblər.

Günün ilk oyununda isə "Sumqayıt" "Şamaxı"nı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə bitib.
29 avqust (cümə)


20:30. “Neftçi” – “Turan Tovuz” - 0:1

Qol: Roberto Olabe, 6

Qırmızı vərəqə: İqor Ribeyro, 56 ("Neftçi")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Rahil Ramazanov

“Neftçi Arena”


Bizim.Media

Seçilən
138
50
bizim.media

10Mənbələr