AZ

Makron: Həftə sonu Merz vəTrampla Ukraynanı müzakirə edəcəyik

Makron: Həftə sonu Merz vəTrampla Ukraynanı müzakirə edəcəyik

Həftə sonu Ukraynanı müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla telefon danışığı aparacağıq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. O bildirib ki, danışıqlarda Almaniya kansleri Fridrix Merz də iştirak edəcək.

"Yaxın günlər Ukrayna ilə bağlı müzakirələrə həsr olunacaq. Bu həftə sonu hər birimiz prezident Trampla danışacağıq", - deyə Makron özünü və Merzi nəzərdə tutaraq bildirib. Fransa lideri bu barədə Tulonda Fransa və Almaniya Nazirlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Seçilən
135
50
afn.az

10Mənbələr