AZ

2025-ci ildə meşə yanğınları Avropada milyon hektardan çox ərazini məhv edib

Bakı, 30 avqust, AZƏRTAC

2025-ci ildə meşə yanğınları Avropa İttifaqında milyon hektardan çox ərazini məhv edib. Bu, 2006-cı ildən indiyədək ən yüksək göstəricidir.

AZƏRTAC xəbər verir ki, statistikanı Avropada Meşə Yanğınları üzrə İnformasiya Sistemi (EFFIS) yayıb. Qeyd olunur ki, cari ildə 1 028 000 hektar ərazi yanıb. Yanğınlardan ən çox Portuqaliya və İspaniya zərər görüb.

Meşə yanğınları nəticəsində Avropada atmosferə 38 milyon tondan çox karbon qazı buraxılıb.

Seçilən
29
6
azertag.az

8Mənbələr