“Biz bütün milli parlamentləri İsraillə hərbi və ticarət münasibətlərini dayandırmağa, Fələstinə qarşı tətbiq edilən embarqonun aradan qaldırılması üçün dərhal addımlar atmağa çağırırıq”, – sənəddə qeyd olunur.
Ajans.az xəbər verir ki, bu barədə TBMM-nin Qəzzadakı vəziyyətə həsr olunmuş növbədənkənar iclasında yekdilliklə qəbul edilən qətnamədə deyilir. Parlament, həmçinin, dünyanın bütün qanunverici orqanlarına müraciət edərək İsraillə hərbi və ticarət əlaqələrinin dayandırılmasına çağırıb.