Gürcüstan millisinin hücumçusu Georges Mikautadze "Lion"dan "Vilyarreal"a keçməyə yaxındır.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano "X" sosial şəbəkəsində yazıb.
Mənbənin məlumatına görə, İspaniya klubu 24 yaşlı gürcü üçün 30 milyon avro ödəməyə hazırdır.
Daha əvvəl "Lion"un maliyyə yoxlamasından keçmək üçün transfer pəncərəsi bağlanana qədər 40 milyon avro almalı olduğu bildirilirdi.
2024/25 mövsümündə Mikautadze bütün turnirlərdə 47 matçda iştirak edib, 17 qol vurub və 11 məhsuldar ötürmə edib.