AZ

Rusiya ordusu Zaporojye şəhərinə zərbələr endirdi: Xəsarət alanlar var

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avqustun 30-na keçən gecə Rusiya ordusu PUA-larla və raketlərlə Ukraynanın Zaporojye şəhərinə kütləvi hücuma keçiblər.

Gununsesi.info “RBC Ukrayna”ya istinadən xəbər verir ki, şəhərdə partlayış səsləri eşidilib. Şəxsi evlərə ziyan dəyib, yanğınlar baş verib. Kütləvi hücum zamanı üç yaşayış binasında yanğın qeydə alınıb.

İlkin məlumata görə, rusların hücumu nəticəsində azı 3 mülki şəxs yaralanıb.

Rusiya ordusunun Qara dənizdən Ukraynaya doğru “Kalibr” qanadlı raketləri atdığı da bildirilir.

Qeyd edək ki, avqutun 30-na keçən gecə Zaporojye ilə yanaşı Kiyev, Xarkov, Çerniqov, Çerkassı, Lutsk, İvano-Frankivsk, Dnepropetrovsk və bir sıra digər şəhərlərdə də partlayışlar eşidilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
97
1
icma.az

2Mənbələr