AZ

Xaçmazda AĞIR QƏZA –"Range Rover"in sürücüsü həyatını itirdi

Gecə saatlarında Xaçmazda ağır yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz-Quba yolunun Yergüc kəndindən keçən hissəsində "Range Rover" markalı avtomobillə "Volksvagen" markalı avtomobil toqquşub. 

Nəticədə "Range Rover" markalı maşının sürücüsü, Xaçmaz şəhər sakini Firuz Fətəliyev ölüb. 

Digər nəqliyyat vasitəsində olan 2 nəfər Quba sakini isə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktı Xaçmaz polisi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

Seçilən
96
6
bizim.media

7Mənbələr