AZ

Ukrayna 100-dək PUA ilə Rusiya ərazilərinə hücum etdi

BAKI, 30 avqust. TELEQRAF

Avqustun 30-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə həyata keçirdiyi genişmiqyaslı pilotsuz uçuş aparatları ilə (PUA) hücumları dəf edilib. Ümumilikdə 86 PUA-nın məhv edildiyi qeyd olunur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücumların əsas hədəfləri Qara dəniz, Krım, Rostov vilayəti və Rusiyanın digər cənub-qərb bölgələri olub. Ən çox PUA - 30 ədəd Qara dəniz üzərində vurulub. Krım üzərində 15, Rostov vilayəti üzərində isə 13 pilotsuz aparatın məhv edildiyi bildirilib.

Kuban bölgəsində 11, Bryansk vilayəti üzərində 5, Belqorodda 4, Smolensk, Kaluqa və Tver vilayətləri üzərində isə hər birində 2 PUA vurulub. Tula və Kursk vilayətləri üzərində isə 1 pilotsuz aparat zərərsizləşdirilib.

Seçilən
59
50
teleqraf.com

10Mənbələr