AZ

Vaşinqton Moskvanın sülh istəyinə şübhə ilə yanaşır

ain.az, Azpost portalına istinadən məlumat yayır.

“Vaşinqton Moskvanın sülh istəyinə şübhə ilə yanaşır“.

AzPost bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Con Kelli deyib.

O, Putinin niyyətlərinə misal kimi Rusiyanın Kiyevə hücumunu göstərib:  “Kiyevə hücumlar Rusiyanın dinc niyyətlərinin ciddiliyinə şübhələr yaradır. Mülki ərazilərə bu zərbələr dərhal dayandırılmalıdır”, – diplomat BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Kellinin sözlərinə görə, müharibə davam edərsə, Rusiya ABŞ-ın sanksiyaları ilə üzləşəcək. Vaşinqton Moskvanı zorakılığa son qoymaq və müharibəni bitirmək üçün konstruktiv səylərə başlamaqla bu nəticələrdən qaçmağa çağırır.

Avqustun 28-nə keçən gecə Rusiya Kiyevə növbəti kütləvi zərbə endirib. Son məlumatlara görə, hücumda 25 nəfər həlak olub.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
1
azpost.info

2Mənbələr