AZ

20 ay sonra ilk dəfə atası ilə

Ajans.az xəbər verir ki, bu barədə “Daily Mirror” yazıb. Məlumata görə, monarxın kiçik oğlu sentyabrın 8-də Kraliça II Yelizavetanın ölüm ildönümü ilə bağlı Böyük Britaniyaya səfər edəcək.  Bildirilib ki, Kralın isə sentyabrın sonuna qədər xarici səfərləri planlaşdırılmır.  III Çarlz sonuncu dəfə şahzadə Harri ilə 2024-cü ilin fevralında görüşüb.  “Aydındır ki, hər iki tərəf bu görüşün baş tutmasını istəyir. Onlar genişmiqyaslı ailə problemlərinin həll edildiyi təəssüratını yaratmırlar, lakin məhz Kral və Harridən başlamaq lazımdır”, - deyə amerikalı mənbə “Daily Mirror”a bildirib.

Xatırladaq ki, şahzadə Harri 2020-ci ildən ABŞ-də yaşayır.

Seçilən
93
4
Ajans.az

6Mənbələr