AZ

İran parlamenti Azərbaycanda "strateji dərinlik" və "sivilizasiya sahəsi" axtarır...yenə də yersizZəngəzur xofu....


"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev özünün Facebook səhifəsində İran parlamentinin Zəngəzur dəhlizi barəsindəki bəyanatını şərh edib. A.Quliyev yazır: "İran parlamenti dünən Zəngəzur dəhlizi barədə bəyanat qəbul edib. İnandırıcı bir arqument gətirmədən dəhlizi birmənalı olaraq bütün region ölkələri üçün təhlükə mənbəyi elan etməsi öz yerində....Sanki Azərbaycandan başqa hamıya bu dəhlizın yalnız ziyanı dəyəcəkmiş... Bəyanatda mücərrəd frazalarla mənzərəni daha da qatılaşdıran, daha da qəlizləşdirənbəzi əndrəbadi söz birləşmələrini qısaca analiz edək.Deyir " Cənubi Qafqaz İranın təhlükəsizlik perimetrinin, strateji dərinliyinin , sivilizasiya sahəsinin tərkib hissəsidir"... Əminəm ki, çoxlarınız haqlı olaraq bu cümlədən aydın təsəvvürə gələ bilmədiniz.Elə mən özüm də.... "Təhlükəsizlik perimetrini" başa düşdük. Demək istəyiblər ki, İranın "dörd- bir" yanında Əfqanıstan, İraq, Türkiyə,Türkmənistan, Pakistan və sairlə bərabər Cənubi Qafqaz və Azərbaycan da bizimləönəmli sərhəd bölgələr təşkil edir.. Bəs " strateji dərinlik" nə ifadədir və İran parlamentindəki cənablar bu söz birləşməsinin arxasında nəyi təsəvvür edirlər? Bəs " sivilizasiya sahəsi" nə deməkdir? Demək istəyiblər ki, bütün Mərkəzi Asiya, Qafqaz,Qara dəniz sahilləri qədim İran sivilizasiyasına daxildir? Qədim İran sivilizasiyası nə deməkdir? Bəzi İran tarixçilərinin İran sivilizasiyası adlandırdıqları tarixi ərazilərdə turk etnoslarının təsirli qüvvə olduğuna dair yüzlərlə fakt gətirmək olar . Bir sözlə, Vaşinqton sənədlərinin imzalanmasından sonra bir sıra İran rəsmilərinin, xüsusilə ali rəhbərə və parlamentə bağlı dairələrin Zəngəzura münasibəti "söz tapa bilmədiyi üçün özünü zora salan" insan təsiri bağışlayır. Ancaq çətinliyi günün günorta çağında "şamla axtarmağa " ehtiyac yoxdur... Mən müstəqil Azərbaycanın ictimai- siyasi həyatında 35 ildən çox müxtəlif statuslardafəal iştirak etmiş Azərbaycanlı olaraq heç bir dövləti yaxın və uzaqlığından asılı olmayaraq ideallaşdırmamışam.Amerika olsun, Rusiya olsun, İran olsun, İsrail olsun, Türkiyə və ya qeyrisi olsun .Bütün dövlətlərin siyasətinə yalnız onların Azərbaycanın qanuni mənafelərinə baxış bucaqlarından baxmışam. Bu gün də İranın Azərbaycan üçün tam mənada faydalı ölkə ola biləcəyini düşünürəm.Onun keçmişdə Ermənistanla bizi narahat etmiş ilişgilərini yenidən çözələməyin də əleyhinəyəm. İnandığım budur ki, Zəngəzur dəhlizinin İrana Azərbaycanın özü qədər faydası var, heç bir ziyanı yoxdur... İranın siyasətində etiraz ,tənqid etdiyim bütün məqamlarda da niyyət iki ölkənin əməkdaşlığı üçün yalnız faydalı toxumların cücərməsinə dəstək verməkdir...." Mətləb
Seçilən
56
baki-xeber.com

1Mənbələr