AZ

Volqoqradda bazar yanır

Rusiyanın Volqoqrad şəhərində bazarda böyük yanğın baş verib.

News365.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının sahəsi artıq 3 min kv.m-ə çatıb. Ticarət pavilyonları yanır.

"Sıx tikililər yanğının söndürülməsini çətinləşdirir. Fasiləsiz su təchizatı təşkil edilib", - məlumatda bildirilib.

Yanğının söndürülməsinə 100-dən çox insan və 41 texnika cəlb olunub.

Seçilən
54
3
news365.az

4Mənbələr