AZ

Ukrayna Ali Radasının sabiq spikeri QƏTLƏ YETİRİLDİ FOTO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Lvovda Ukraynanın Ali Radasının sabiq sədri və keçmiş Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy qətlə yetirilib.Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

 

Ukrayna polisinin açıqlamasına görə, günorta saatlarında Lvovun Sıxov rayonunda atışma ilə bağlı məlumat daxil olub. Aldığı güllə yaralarından Parubiy hadisə yerində ölüb. Atəş açan şəxs qaçaraq gizlənib və hazırda axtarışdadır. Polis bildirir ki, cinayətkar kuryer geyimində olub.

Qeyd edək ki, 54 yaşlı Parubiy 2004-cü ildə “narıncı inqilab”da iştirak edib. O, 2013-cü ilin noyabrından 2014-cü ilin fevralınadək Maydan etirazlarının özünümüdafiə dəstələrinə rəhbərlik edib. 2014-cü ildə siyasətçiyə qarşı sui-qəsd cəhdi də olub. Həmin vaxt Maydanın özünümüdafiə üzvləri ilə görüş zamanı onun üstünə qumbara atılmışdı.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
3
bizim.media

5Mənbələr