AZ

“Xəzərin mirvarisi Buzovna qayaları” layihəsinə start verilir

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Buzovna qayalıqlarının ekoloji və tarixi əhəmiyyətini tanıtmaq, ictimai mühitə qarşı sosial məsuliyyət hissini artırmaq, sənət vasitəsilə təbiət və insan arasındakıəlaqəni göstərmək, təbiət abidələrinin qorunmasına çağırış etmək məqsədilə həyata keçiriləcək “Xəzərin mirvarisi – Buzovna qayalığı” layihəsinə start verilir.

ANmedia.az xəbər verir ki, bu layihə Buzovna, habelə digər Bakı kənd sakinlərindən ibarət ekoloji könüllülər komandası olan Tarixi Abidələr Könüllüləri ilə birgə həyata keçiriləcək. Layihəçərçivəsində Buzovna sahilindəki tarixi qayalıqların ekoloji və mədəni dəyərinə diqqət çəkmək əsas hədəflərdən biridir. Layihənin icrası “Plenerdə rəsm”, “Konseptual yanaşma”, “Hesabat sərgisi” başlıqları altında mərhələli şəkildə nəzərdə tutulur.

İlkin mərhələ olan “Plenerdə rəsm” 31 avqust tarixində Buzovna dənizkənarı qayalıqları Dövlət Təbiət Abidəsi ərazisində təşkil olunacaq. Bu mərhələdə bir çox təcrübəli rəssamlar ilə yanaşı, Bakı Gənclər Mərkəzi və Xəzər Gənclər Evinin gənc rəssamları da qeyd olunan ərazidə etüdlər işləyərək sözügedən tarixi qayalıqların gözəlliyini və üzləşdiyi ekoloji problemləri əsərlərində əbədiləşdirəcək.

Plenerdə iştirak edəcək rəssamlar:

Rəfayel Muradov

Arif Əziz

Arif Hüseynov

Vüqar Əli

İlqar Əkbərov

⁠Gündüz Hunlar

Mir Azər Abdullayev

Nailə Əhmədova

⁠Polad Məmmədov

Namiq Cavad

Əsma Cavad

⁠Vüqar Muradlı

⁠Pəri Miniatür

Günel Ravilova

Təranə Vaqifqızı

Şəbnəm Karaca

Elşən Karaca

⁠İlqar Tahiri

⁠Qalib Mirzəliyev

Aydın Əsgərov

Sahib Yaqubov

Alina İqnatova Yaqubova

Nərmin Bəhməzova

İnara Nazarli

⁠Məryəm Məmmədova

⁠İsgəndər Məmmədov

⁠Nəzrin Məmmədova

Ülkər Hümmətzadə

⁠Leyla Quliyeva

⁠Rufanə Dünyamalıyeva

⁠Zəhra Bağırlı

⁠Billurə Ələkbərli

⁠Nisə Həsənli

⁠Humay Bayramova

⁠Sibel Əsgərova

⁠Günel Babayeva

⁠ Ceyhun Qasımzadə

⁠Arifə Mahmudlu

⁠Ziya Sadiqov

⁠Nigar Cəlilova

⁠ Nihad Məmmədli

⁠Aysu Süleymanlı

⁠Nurcan Dadaşova

⁠Asəf Kərimov

⁠Arzu Qarazadə

Fotoların müəllifi:

Fərid Qədirli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
icma.az

1Mənbələr