30 avqust yalnız hərbi bir zəfər deyil, eyni zamanda, millətimizin yenidən dirilişinin, varlıq mübarizəsinin və əbədi istiqlalının təsdiqidir. Bu zəfər o qədər böyükdür ki, yalnız Türk millətinə deyil, əsarət altındakı bütün məzlum xalqlara ümid olub, müstəqillik idealının simvoluna çevrilib. Bu böyük zəfərlə Türk milləti bir daha bütün dünyaya bəyan edib ki, bu millət əsla boyunduruq altına alınmaz, əsarəti qəbul etməz, müstəqilliyindən güzəştə getməz. Böyük Zəfərin daşıdığı məna yalnız tariximizin şanlı bir xatirəsi deyil, həm də bizlərə yol göstərən bir rəhbərdir. Bu gün bizlərə düşən vəzifə 30 avqustda yandırılan müstəqillik məşəlini birlik və bərabərlik içində daha qüdrətli bir gələcəyə daşımaqdır. Türkiyə əsrində, əcdadımızın qanı və fədakarlıqları ilə bizlərə əmanət etdiyi bu vətəni daha güclü, daha firavan bir ölkəyə çevirmək ən böyük borcumuzdur.
Bu mənalı gün münasibətilə başda Qazi Mustafa Kamal və silahdaşları olmaqla, vətən uğruna canlarını fəda edən müqəddəs şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi minnətdarlıqla yad edir, əziz millətimizin 30 Avqust - Zəfər Bayramını ən səmimi duyğularımla təbrik edirəm”.