Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi(BKM) vasitəsilə 27,9 min ədəd həcmdə 7,4 milyon ABŞ dollarıməbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcmifadəsində 2,7 min ədəd və ya 10,7%, məbləğ baxımından isə 1,2milyon ABŞ dolları və ya 19,3% artım deməkdir.
Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) – bank kartlarıilə aparılan ödənişlərin təhlükəsiz və sürətli şəkildə emalını,yəni banklar arasında ödənişlərin düzgün ötürülməsi vəyekunlaşdırılmasını təmin edən texnoloji və maliyyəinfrastrukturudur.
Sadə dillə desək, BKM bir növ “körpü” rolunu oynayır – fərqlibankların kartları ilə edilən ödənişlərin bir-birinə düzgünçatmasını təmin edir.