AZ

Masazırda gənclərin sevgisi cinayətlə nəticələndi: "Evlənmək istəyirdik"

Abşeron rayonunda 2007-ci il təvəllüdlü Rəvan yetkinlik yaşına çatmayan İlhamə (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.

7News.Az Teleqraf.az-a istinadla xəbər verir ki, Bakı sakini Rəvan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qızı ötən il mayın 25-də Masazır qəsəbəsində yaşadığı evə gətirib.

İyunun 24-dən iyulun 11-dək həmin evdə mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı Rəvanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci maddəsi (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə ittiham elan edib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, İlhamə ilə iki ildir tanışdırlar:

"Eyni məktəbdə oxumuşuq. Mən 2024-cü il tədris ilində 11-ci sinfi bitirmişəm. İlhamə isə 9-cu sinfi bitirərək natamam orta təhsillə məktəbdən çıxıb.

Bir il aramızda sevgi münasibətləri olub. Münasibətlərimizdən valideynlərimiz də xəbərdar idilər. Özümün təkidimlə ailə üzvlərim gələcəkdə İlhamə ilə evlənməyimə razılıq verdilər. Valideynlərim İlhamənin yaşadığı evə elçiliyə getdilər. Onun 16 yaşının tamam olmasından sonra evlənməyimizə razı olacaqlarını bildirdilər.

Bu barədə söhbət zamanı İlhamənin nənəsi Fəridə, anası Tükəzban mənim valideynlərimlə eyni fikirdə olduqlarını dedilər".

Təqsirləndirilən şəxs qeyd edib ki, İlhaməgilin evində vaxt keçirdikləri zaman qızın öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olublar:

"Bundan sonrakı gün İlhaməni ailəmlə yaşadığım evə dəvət etdim. Gecə saat 1 radələrində özümə aid yataq otağında İlhamənin razılığı ilə təbii yolla cinsi əlaqədə olduq.

Sonrakı gün yenə İlhaməni öz evimizə apardım. Anam və İlhamə ilə birlikdə nənəmin Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evinə getdik. İlhaməni qonşuluqda yaşayan həkimin yanına apardılar. Orada İlhamənin bakirəliyinin pozulduğu müəyyən edilib. Növbəti gün İlhamə öz evinə qayıdıb".

Rəvan bildirib ki, növbəti günlərin birində İlhamənin nənəsi Fəridə onun bakirəliyinin pozulduğunu öyrənib:

"Nənəsi onu sonadək dəstəkləyəcəyini dedi. Həmin gün nənənin təkidi ilə məni evə çağırdılar. İlhamə paltarlarını yığaraq mənimlə birlikdə yaşadığım evə gəldi.

Həmin gündən ailə üzvlərimlə birlikdə yaşamağa başladıq. Bu müddət ərzində İlhamənin razılığı ilə onunla iki dəfə cinsi əlaqədə oldum. Sonra İlhamə nənəsi üçün darıxdığını bildirdi və onu ailəsi ilə görüşdürməyə apardım.

İlhamə bilmədiyim səbəbdən daha mənimlə qayıtmadı. Sonradan onun anası mənim barəmdə Abşeron Rayon Polis İdarəsinə şikayət etdi".

Zərərçəkmiş İlhamə bildirib ki, Rəvanla bir il müddətində sevgi münasibətləri olub və bundan valideynləri də xəbərdar olub:

"Mənim təkidimlə ailə üzvlərim gələcəkdə Rəvanla evlənməyimə razılıq verdilər. Onun valideynləri elçiliyə gələndə Rəvan hərbi xidməti başa vuraraq qayıdandan və mənim 16 yaşım tamam olandan sonra evlənməyimizə razı olacaqlarını bildirdilər.

Sonrakı gün Rəvanın anası qonaq çağırdı, mən də onlara getdim. Rəvangildə cinsi əlaqədə olandan sonra heç kimin evlənməyimizə mane ola bilməyəcəyini düşündüm. Birgə razılıqla gecə saat 1 radələrində cinsi əlaqədə olduq.

Cinsi əlaqədə olmağımızı Rəvanın anasına dedim, o iradını bildirdi. Növbəti gün öz evimizə gələndə bu barədə valideynlərimə məlumat verməyə qorxdum".

Zərərçəkmiş qeyd edib ki, daha sonra Rəvanın yaşadığı evdə olub:

"Rəvan, anası, atası və nənəsi ilə birlikdə Alatava qəsəbəsində yerləşən evinə getdik. Rəvanın anası və nənəsi məni qonşuluqda yaşayan həkimin yanına apardılar. Nənəm məni bacısı qızı kimi təqdim etdi, ağacdan yıxıldığımı və müayinəyə ehtiyacım olduğunu bildirdi. Həkim məni müayinə etdi və mənə bakirəliyimi pozan şəxslə evlənməli olduğumu, əks halda gənc yaşdan bədbəxt olacağımı dedi".

Zərərçəkmiş bildirib ki, bundan sonrakı günlərdə yenə Rəvanın evində olarkən onun təklifi və öz razılığı ilə cinsi əlaqədə olublar:

"Daha sonrakı gün yaşadığım evə gəldim. Nənəm hərəkətlərimdən şübhələndi və məni həkimə aparacağını dedi. Mən də baş verən hadisələri, yəni təqsirləndirilən şəxslə iki dəfə cinsi əlaqədə olduğumu dedim.

Nənəm əsəbiləşdi, paltarlarımı yığışdırıb Rəvangilə köçməli olduğumu bildirdi. Həmin gün Rəvan ailəsi ilə birlikdə gələrək məni evlərinə apardılar. Mən onlarda olarkən Rəvanla eyni otaqda yatdıq. Hər gün, bəzən gündə iki dəfə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmuşuq".

İlhamənin sözlərinə görə, daha sonra Rəvan, bacısı və anası onu evlərinə aparıblar:

"Bir-iki gün qalmaq bəhanəsi ilə məni anamın evində qoyub getdilər. Rəvan daha mənimlə əlaqə saxlamadı. Baş verənlərlə bağlı anam Abşeron Rayon Polis İdarəsinə şikayət etdi".

Bu cinayət işi üzrə Abşeron Rayon Məhkəməsində məhkəmə baxışı keçirilib. Məhkəmənin hökmü ilə Rəvan 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib, onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbsə götürülüb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib. Şikayətdə qeyd olunub ki, müvəkkilinin zərərçəkmişlə barışması və onların nişanlanması birinci instansiya məhkəməsində nəzərə alınmayıb.

O, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, 6 aylıq sınaq müddəti ilə cəzanın şərti hesab edilməsini istəyib.

Həmçinin zərərçəkmişin qanuni nümayəndəsi də apellyasiya məhkəməsinə müraciət edərək təqsirləndirilənin azadlığa buraxılmasını xahiş edib.

Hər iki şikayət Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılıb və hakimlər heyəti qərar elan edib. Şikayətlər təmin olunmayıb.
Seçilən
34
7
7news.az

8Mənbələr