AZ

İtaliya millisinin üzvü Premyer Liqa klubunda

Bakı. Trend:

İngiltərənin "Nottingem Forest" klubu müdafiə xəttini yenioyunçu ilə gücləndirib.

Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qırmızılar" "Yuventus"dan Nikolo Savonanı transfer edib.

"Nottingem Forest" italiyalı futbolçu üçün Turin klubuna 15milyon avro təzminat ödəyəcək. Premyer Liqa təmsilçisi 22 yaşlı sağcinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulanmüqavilə imzalayıb.

Qeyd edək ki, Nikolo Savona "Yuventus"un yetirməsidir. İtaliyamillisinin üzvü ötən mövsüm "ağ-qaralar"ın heyətində meydandaçıxdığı 40 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yaddaqalıb.

Seçilən
25
4
az.trend.az

5Mənbələr