AZ

SEPAH: MOSSAD ın diversiya qrupu məhv edilib

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın SEPAH qüvvələri şənbə günü ölkənin şimal-şərqində yerləşən Xorasan-Rəzəvi vilayətində terrorçu dəstəni zərərsizləşdirib.

Ölkə.Az-ın məlumatına görə, bu barədə "Mehr" xəbər verib.

Məlumata görə, “bu şəxslər son 12 günlük İsraillə müharibə zamanı MOSSAD agentlərinə mühüm və gizli mərkəzlər, həmçinin görkəmli hərbi xadimlər haqqında məlumat ötürürdülər”.

Bildirilib ki, “onlar dövlət və hərbi rəsmilərə qarşı əməliyyatlar hazırlamağa və həyata keçirməyə, həmçinin Məşhəd şəhərində mühüm obyektləri məhv etməyə çalışıblar”.

Bundan əlavə, əməliyyat zamanı buraxılış qurğuları, bombalar, partlayıcı maddələr və partlayıcı tələlərin hazırlanması üçün çoxlu miqdarda xammal aşkar olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
4
olke.az

5Mənbələr