AZ

Rasmus Hoylunn "Napoli"yə keçir

Bakı. Trend:

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylunn İtaliyayaqayıdır.

Trend xəbər verirki, "Napoli" danimarkalı forvardın transferi ilə bağlı razılıq əldəedib.

İtaliya çempionu 22 yaşlı futbolçunu 6 milyon avro müqabilində 1illik icarəyə götürəcək. Neapol klubu müqavilədə göstərilənşərtlərə əsasən 44 milyon avro ödəməklə Hoylunnun transferhüquqlarına sahib ola biləcək.

Xatırladaq ki, "Mançester Yunayted" Rasmus Hoylunnu 2023-cü ilinyayında "Atalanta"dan 77 milyon avroya transfer etmişdi. Danimarkamillisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində 52oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
71
2
az.trend.az

5Mənbələr