AZ

Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Berlin, 30 avqust, AZƏRTAC

Almaniyanın Brandenburq əyalətinin Fleminq bölgəsində - Berlindən 75 kilometr cənubunda kiçik təyyarə qəzaya uğrayıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, qəza nəticəsində qarğıdalı sahəsinə düşən təyyarədə olan hər iki sərnişin həlak olub.

Təyyarənin yaxınlıqdakı Raynsdorf aerodromundan havaya qalxdığı bildirilir. Qəza ilə bağlı araşdırma aparılır. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və təcili yardım briqadaları, eləcə də Almaniya Ordusuna məxsus helikopter cəlb olunub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
29
5
azertag.az

10Mənbələr