Bakı. Trend:
Avqustun 30-da İsveçin paytaxtı Stokholm şəhərində AzərbaycanınQarabağ müharibəsində Zəfərinin beşinci ildönümünə həsr olunmuş“Zəfərin xronikası: Qalib xalqın Müzəffər lideri” mövzusundabeynəlxalq videokonfrans keçirilib.
Trend xəbər verirki, 70-ə yaxın qonağın iştirak etdiyi tədbirin təşkilatçılarıqismində Dünya Azərbaycanlıları Beynəlxalq Fondu (İsveç), İsveçAzərbaycanlıları Konqresi, Qafqaz Universiteti (Türkiyə), TürkDünyası Mədəniyyət və İncəsənət Nəşriyyatı (Türkiyə) çıxışediblər.
Konfransda Dünya Azərbaycanlıları Beynəlxalq Fondununhəmtəsisçisi Emil Mirzəyev, bu fondun baş katibi professor HikmətCavadov, Azərbaycan Respublikasının İsveç Krallığında səfirliyininəməkdaşı Orxan Nemətov, Şamaxı rayon Heydər Əliyev Mərkəzinindirektoru Könül Eyvazova və başqaları çıxış ediblər.
Tədbir Azərbaycanın Qələbəsinin tarixi rolunun müzakirəsi, elm,mədəniyyət və xalq diplomatiyası sahələrində beynəlxalqəməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevrilib.
Tədbir iştirakçıları qeyd ediblər ki, Qarabağda qazanılan Qələbəxalqın birlik və iradəsi, öz Vətəninə sarsılmaz inamı sayəsindəmümkün olub, Azərbaycanın rəşadətli Ordusu isə cəsarətli vəqətiyyətli hərəkət edərək bu birliyi tarixi Zəfərə çevirəbilib.
Vurğulanıb ki, Qələbənin qazanılmasında xüsusi rol özünüislahatçı-lider kimi təsdiq etmiş, 1990-cı illərin əvvəlində əldəolunmuş müstəqilliyi qoruyub saxlamaqla yanaşı, həm də XXI əsrdəölkənin inkişaf yolunu yenidən müəyyənləşdirmiş Prezident İlhamƏliyevə məxsusdur. Onun prezidentliyi əsası Heydər Əliyevtərəfindən qoyulmuş siyasi bünövrəyə söykənən, eyni zamandaiqtisadiyyatın şaxələndirilməsi, hərbi modernləşmə və fəaldiplomatik fəaliyyətin cəsarətli strategiyalarını həyata keçirənardıcıllıq və novatorluğun incə vəhdəti ilə seçilir.
Milli kimliyin qorunub saxlanmasına, vətənlə əlaqələrinmöhkəmləndirilməsinə, Azərbaycan həqiqətlərinin dünyaictimaiyyətinə çatdırılmasına fəal töhfə verən Azərbaycandiasporunun Avropadakı roluna da diqqət yetirilib.