AZ

Ağdama qatarla gedənlər sevinclərini "Xəzər Xəbər"lə bölüşdülərVİDEO

Bakı-Ağdam-Bakı marşrutu üzrə ilk sərnişin qatarı Bakıdan Ağdama yola düşüb.

Xezerxeber.az xəbər verir ki, hərəkət cədvəlinə əsasən, qatar Bakıdan saat 07:10-da yola düşüb, Ağdama 11:53-də çatmalı idi. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq. Bu gün gedən qatar vaxtında Ağdama çatıb.

İlk sərnişinlər sevinclərini "Xəzər Xəbər"lə bölüşüblər.

Məlumata görə, sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.

Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi isə gələn ilin sonunadək başa çatdırılacaq. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov qeyd edib ki, Ağdam şəhərindən işğaldan azad edilmiş digər ərazilərə avtobus reyslərinin açılması da nəzərdə tutulur. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyət Nazirliyi müvafiq işlər aparır.

Prezidentin xüsusi nümayəndəsi, həmçinin bildirib ki, bu ilin payızında Ağdam şəhərinə ilk köç təşkil olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
44
xezerxeber.az

1Mənbələr