AZ

Ukrayna ordusu rusların yeraltı anbarını məhv etdilər VİDEO

ain.az, Bizim media saytına istinadən bildirir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiyanın Tula vilayətindəki partlayıcı anbarını məhv edib.Ukrayna KİV-lərinin məlumatına görə, avqustun 30-na keçən gecə Ukrayna silahlı qüvvələri Rusiya Tula vilayətinin Aleksin şəhərində yerləşən yeraltı partlayıcı anbarına hücum edib.Qeyd olunur ki, qorunan yeraltı anbarda çoxlu miqdarda piroksilin tərkibli barut saxlanılırdı. Bu barut tüstüsüzdür və atıcı silahlar, artilleriya sistemləri və bəzi raket mühərriklərinin sursatlarında istifadə olunur.Bildirilib ki, Aleksin sakinləri güclü partlayış səsləri eşidiblər, və hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar və təcili yardım maşınları göndərilib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
1
bizim.media

4Mənbələr