ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında görünüb.
Publika.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
Bundan əvvəl Amerika sosial şəbəkələrində dövlət başçısının vəfatı ilə bağlı şayiə yayılmışdı.
Bu nşayiənin tərəfdarları iddia edirdilər ki, Tramp bir neçə gündür ictimaiyyət qarşısına çıxmayıb və yaxın günlərdə də çıxışı planlaşdırılmayıb. Onların arqumentləri arasında prezidentin sağ əlindəki böyük göyərti (iddialara görə, bu cür iz Kraliça II Elizabetdə də ölümündən əvvəl olmuşdu) və Pentaqon ətrafında “pizza indeksi”nin - yəni yemək sifarişlərinin artması yer alır. Bu göstərici adətən beynəlxalq münaqişələrin və böhranların başlanğıcına işarə sayılır.
Bunun fonunda vitse-prezident Cey Di Vens ABŞ prezidentinin başına “faciəvi bir hadisə” gəldiyi təqdirdə onun yerini tutmağa hazır olduğunu bildirib. Rəsmi şəxsin sözlərinə görə, vitse-prezident vəzifəsində olduğu müddətdə “kifayət qədər təcrübə” qazanıb.