AZ

Tramp Hindistana getməkdən imtina etdi

ABŞ Prezidenti Donald Tramp bu payız Hindistanda keçiriləcək QUAD sammitində iştirak etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, Tramp əvvəlcə Hindistanın Baş naziri Narendra Modiyə sammitə qatılacağını bildirib, lakin sonradan planlarını dəyişib. Qərarın səbəbi açıqlanmayıb.

Bildirilir ki, hazırda Modi ABŞ liderinin “ağır münasibət göstərdiyi” siyahıda yer alır.

Seçilən
100
1
axar.az

10Mənbələr