AZ

Bundesliqa: “Bayern” “Auqsburq”u səfərdə məğlub etdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Verder” – “Bayer” matçında qalib müəyyənləşməyib. Səfərdə “Auqsburq”la üz-üzə gəlmiş son çempion “Bayern” növbəti qələbəsini qazanb. “Hoffenhaym” da evdə “Ayntraxt”a uduzub.

“Leypsiq” “Haydenhaym”ı, “Ştutqart” isə Mönhenqladbax “Borussiya”sını məğlub yola salıb.

2-ci turun qalan görüşləri avqustun 30-da və 31-də keçiriləcək.

Almaniya, Bundesliqa
2-ci tur

29 avqust

Hamburq – Sankt Pauli 0:2
Qollar: Dzviqala, 19. Huntondji, 60.

30 avqust

Hoffenhaym – Ayntraxt 1:3
Qollar: Promel, 90+1 – Doan, 17; 27. C.Y.Uzun, 51.

Leypsiq – Haydenhaym 2:0
Qollar: Baumqartner, 48. R.Kardozo, 78.

Ştutqart – Borussiya (Mönhenqladbax) 1:0
Qol: K.Andres, 79.

Verder – Bayer 3:3
Qollar: Şmidt, 44-pen; 76. Kulibali, 90+4 – P.Şik, 5; 64-pen. Tillman, 35.

Auqsburq – Bayern 2:3
Qollar: Yakiç, 53. M.Kömür, 76 – Qnabri, 28. L.Dias, 45+4. Olise, 48.

31 avqust

17:30. Volfsburq – Maynts
19:30. Borussiya (Dortmund) – Union Berlin
21:30. Köln – Frayburq

Seçilən
159
3
arena.az

5Mənbələr