AZ

Tramp onu Rusiya ilə əlaqədə ittiham edənlərin həbsinə icazə verdi

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp onu Rusiyaya işləməkdə ittiham edənlərin həbsinə icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə o, "Daily Caller"ə müsahibəsində bildirib:

"Bilmirəm həbslər olacaq, ya yox, amma olmalıdır. Onların etdikləri biabırçılıqdır. Aldadıblar, yalan danışıblar, ölkəyə çox pis ziyan vurublar".

Tramp əlavə edib ki, MKİ və FTB-nin keçmiş rəhbərlərinin həbsi onu narahat etməyəcək. ABŞ prezidenti vurğulayıb ki, onun Rusiya ilə əlaqələri haqqında nəzəriyyəni təbliğ edən demokratların hərəkətləri vətənə xəyanət kimi qiymətləndirilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
2
sherg.az

3Mənbələr