AZ

Fransada Makrona qarşı sağçı qüvvələrdən ibarət koalisiya yaratmağa çağırış edilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 31 avqust, AZƏRTAC

Fransada Milli Birlik partiyasının lideri Jordan Bardella Prezident Emmanuel Makronun siyasətinə qarşı çıxan sağçı qüvvələrdən ibarət koalisiya yaratmaq təşəbbüsü ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, o, fikrini BFMTV kanalına müsahibəsində bölüşüb.

“Mən makronizmdə əriməmiş sağçı siyasətçilərə əl uzatmaq istəyirəm”, - deyə Bardella qeyd edib.

Bu bəyanat sentyabrın 8-də Fransa Milli Assambleyasında Fransua Bayru hökumətinə etimad səsverməsi ərəfəsində verilib. Milli Birlik partiyasından olan deputatlar etimadsızlıq votumunu dəstəkləmək və hazırkı hökumətin istefasına səs vermək niyyətindədirlər.

Bundan əvvəl Makron vaxtından əvvəl istefa vermək niyyətində olmadığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
3
azertag.az

5Mənbələr