Bakı. Trend:
Argentinalı vinger Alexandro Qarnaço İngiltərə klubları arasındatransfer olunub – o, "Mançester Yunayted"dən "Çelsi"yə keçib.
Trend xəbər verirki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçunun müqaviləsi 2032-ci ilə qədər nəzərdətutulub. Jurnalist Fabrizio Romanonun məlumatına görə, transferindəyəri təxminən 40 milyon funt-sterlinq təşkil edib. Qeyd olunurki, transferin təşəbbüskarı da futbolçunun özü olub.
Qarnaço 16 yaşında "Atletiko"dan "Mançester Yunayted"ə gəlib vəklubun akademiyasının məzunudur. "Qırmızı şeytanlar"ın əsaskomandasındakı karyerası ərzində o, bütün turnirlərdə 144 oyundaiştirak edib, 26 qol vurub və 22 məhsuldar ötürmə edib.