AZ

Aİ Azərbaycana yeni səfir təyin etdi

Avropa İttifaqı (Aİ) bir sıra ölkələrlə yanaşı, Azərbaycana da yeni səfir təyin edib.

 

Senzor.az bildirir ki, bu barədə Aİ-nin saytında məlumat verilib.

 

Məlumata görə, İttifaqın xarici siyasət məsələləri üzrə ali komissarı Kaya Kallas Mariyana Kuyundziçin ölkəmizə yeni səfir təyin olunduğunu açıqlayıb.

 

Aİ-dən verilən məlumata əsasən, diplomat hazırda Aİ-nin Siyasət və Təhlükəsizlik Komitəsində Xorvatiyanı təmsil edir. Əvvəllər isə o, digər funksiyalarla yanaşı, Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində çalışıb.

Seçilən
18
3
senzor.az

10Mənbələr