AZ

Belarusda KTMT təlimləri başlayır

Sia Az saytına istinadən ain.az xəbər verir.

Bazar günü Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ( KTMT ) çərçivəsində bir sıra təlimlər rəsmən başlayacaq. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" nəlumat yayıb.

Təlimlər Vitebsk vilayətində keçiriləcək və manevrlər 6 sentyabra qədər davam edəcək. “Losvido” və “Lepelsk” poliqonları bu məqsədlə istifadə olunacaq.

KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov bildirib ki, Kollektiv Operativ Reaksiya Qüvvələri (KORQ) ilə birgə keçiriləcək “Əməkdaşlıq–2025” təlimi təşkilat çərçivəsində əsas əməliyyat və döyüş hazırlığı tədbiri olacaq.

Avqustun əvvəlində Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan etmişdi ki, “Qərb–2025” təlimlərinin respublikanın qərb sərhədindən ölkənin dərinliklərinə keçirilməsi qərara alınıb. Bu addım Qərbin Baltikyanı ölkələr və Polşanın işğalına hazırlıqla bağlı ittihamlarının qarşısını almaq məqsədi daşıyır. Onun sözlərinə görə, gözlənilməz hallar baş verərsə, təlimlərdə iştirak edən Rusiya və Belarus qoşunları tez bir zamanda respublikanın qərb sərhədinə qayıda biləcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
7
sia.az

9Mənbələr