Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə gedib.
Publika.az xəbər verir ki, baş nazir səfər çərçivəsində ŞƏT+ formatında keçiriləcək görüşə və sammit çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq.
Paşinyan həmçinin İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş bayram tədbirlərində iştirak edəcək. Çin 3 sentyabrda Pekindəki Tyananmen meydanında İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi münasibətilə hərbi parad keçirəcək.
Səfər çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin, sədr müavini Han Çjen və digər xarici tərəfdaşlarla yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.