Bundesliqanın yeni mövsümünün açılış turunda məğlub olan “Bayer Leverkuzen” ikinci turda da xal itirib.
Publika.az xəbər verir ki, leverkuzenlilər ikinci turda səfərdə “Verder Bremen” ilə qarşılaşmada qələbəni son dəqiqədə buraxdığı qolla əldən verib – 3:3.
Çempionatın builki mövsümünün açılış matçında “Bavariya”ya 0:6 hesabı ilə uduzan “Leyptsiq” bu turda ev oyununda “Haydenhaym”ın qapısından iki cavabsız top keçirib – 2:0.
“Ayntraxt Frankfurt” səfərdə “Hoffenhaym”ı 3:1, “Ştutqart” isə doğma divarlar arasında “Mönxenqladbax”ı 1:0 hesabı ilə məğlub edib.
Günün sonuncu matçında “Bavariya” səfərdə “Auqsburq”un qonağı olacaq.