AZ

Si Cinpin: Çin və Ermənistan arasında strateji tərəfdaşlıq münasibətləri qurulub

Çin Xalq Respublikasının Sədri Si Cinpin və Ermənistanın Baş naziri Nikol Paşinyan Pekinlə İrəvan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu elan ediblər.

Bakıvaxtı.az-ın Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən məlumatına görə, bu barədə Si Cinpin Nikol Paşinyanla Tiencin şəhərində keçirdiyi görüşdə danışıb.

"Strateji tərəfdaşlığın qurulması iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm mərhələdir", – deyə Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib.

Seçilən
27
6
bakivaxti.az

7Mənbələr