AZ

Tramp seçkilərdə səsvermə prosedurunu dəyişdirəcək fərman imzalayacaq

ABŞ prezidenti Donald Tramp ölkədə seçki təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni fərman imzalamağı planlaşdırdığını bildirib.

Tramp avqustun 31-də "Truth Social" platformasında paylaşdığı açıqlamada, seçici vəsiqəsinin hər seçkidə məcburi olacağını və bununla bağlı fərman imzalayacağını qeyd edib.

"Seçici vəsiqələri hər seçkidə olmalıdır. İstisna yoxdur!" – Tramp yazıb.

O, həmçinin poçtla səsverməyə qadağa qoyulacağını bildirib. Trampın sözlərinə görə, yalnız ağır xəstə olan şəxslər və ABŞ-dan kənarda xidmət edən hərbi qulluqçular bu qaydadan istisna ediləcəklər.

Seçilən
40
anews.az

1Mənbələr