Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Karvan-Yevlax" "Qarabağ"la qarşılaşacaq. Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək.
Turun qapanış matçı "Bank Respublika Arena"da oynanılacaq. "Sabah" "İmişli"ni qonaq edəcək. Matç saat 19:00-da keçiriləcək.