AZ

Renatın komandası uğursuz seriyaya son qoydu

Renat Dadaşov Polşa çempionatında növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi "Motor" 7-ci turda "Qurnik"in qonağı olub.

Görüşün taleyini bir qol həll edib. Renatın komandası çətin səfər matçında 3 xal qazanıb. Dadaşov bu görüşün 65-ci dəqiqəsində meydana çıxmaq şansı qazanıb.

Qeyd edək ki, "Motor" 4 turdan sonra qalib gəlib. Lublin təmsilçisi keçirilən 6 oyundan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb.

Seçilən
154
49
football-plus.az

10Mənbələr