AZ

Trend BİA Azərbaycanın dünya ictimaiyyəti ilə etibarlı əlaqələndirici hissəsidir - Pakistandan baxış

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni -yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, MərkəziAsiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regiondaaparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlikbütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələrarasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiyamedia bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrindəlazımi platformalar yaradılıb və onların əsasında agentlik buregionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Pakistanın Ortaq Gələcək İcma Araşdırma Mərkəzinin (PRCCSF)icraçı direktoru Xalid Taymur Əkrəm Trend BİA ilə əməkdaşlıqtəəssüratlarını bölüşüb.

"Trend BİA beynəlxalq səviyyədə etibarlı regional informasiyamənbəyi kimi mühüm rol oynayır. O, xəbərləri dəqiq, vaxtında vəobyektiv çatdırmaqla Azərbaycanı dünya ictimaiyyəti ilə birləşdirənmöhkəm körpü rolunu oynayır. Yüksək jurnalist standartları vəşəffaflığa sadiqlik agentliyin həm Pakistanda, həm də beynəlxalqauditoriya arasında etibarını artırır", - deyə o bildirib.

Onun sözlərinə görə, Trend BİA tərəfindən dərc olunanmateriallar beynəlxalq və regional əməkdaşlığı təşviq edir,qarşılıqlı anlaşmanı gücləndirir və agentliyi hökumətlər,investorlar, tədqiqatçılar və akademik institutlar üçün dəyərlitərəfdaşa çevirir.

"Trend-in xəbərləri və analitikası xarici investorlara regionuniqtisadiyyatı və inkişafı haqqında etibarlı, vaxtında və yaxşıaraşdırılmış məlumatları təqdim edir. Obyektivliyə və pozitivtəqdimata verdiyi önəm sayəsində Trend beynəlxalq biznes vəəməkdaşlıq üçün əlverişli mühitin formalaşmasına töhfə verir. Trendhesabatlarına beynəlxalq nazirliklər, maliyyə institutları və beyinmərkəzləri tərəfindən yüksək etimad göstərilir. Beynəlxalqmünasibətlər üzrə ekspert kimi mən enerji, siyasi və maliyyəsektorlarında baş verən mühüm hadisələrin müsbətişıqlandırılmasını, agentliyin Azərbaycanda investisiyaimkanlarının formalaşmasında mühüm istinad nöqtəsinə çevrilməsinixüsusilə yüksək qiymətləndirirəm", - deyə o qeyd edib.

Bundan əlavə, Xalid Taymur Əkrəm Trend BİA-nin regionalanalitika və ekspert qiymətləndirmələrinin Azərbaycan və beynəlxalqauditoriya arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfəverdiyini vurğulayıb.

"Bu unikal mövqe təkcə ölkənin imicini gücləndirmir, həm dəbütün dünyada əsaslandırılmış qərarların qəbul edilməsini təşviqedir, Azərbaycanın inkişafını, sülh təşəbbüslərini və regionaltərəfdaşlığını hərtərəfli əhatə edir. Trend BİA mədəniyyətlərarasıdialoqu təşviq edən və dezinformasiyaya qarşı effektiv mübarizəaparan nüfuzlu məlumat mənbəyidir", - deyə ekspertyekunlaşdırıb.

Məqalədə:
Seçilən
154
2
az.trend.az

3Mənbələr