AZ

Tarix boyu Fransa Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımları həyata keçirib - BTQ

Bakı. Trend:

31 Avqust - Beynəlxalq Afrika Mənşəli İnsanlar Günü kimi qeydedilir. Bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilib və məqsədiAfrika mənşəli xalqların zəngin mədəni irsini, müxtəlifmədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri genişictimaiyyətə çatdırmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik,ədalətsizlik və bərabərsizlik kimi ciddi problemlərə diqqət çəkmək,onların fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir.Avqustun 31-nin qeyd olunması təkcə Afrika mənşəli xalqların deyil,ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunmasıistiqamətində atılan əhəmiyyətli addımdır.

Trend-inməlumatına görə, bu sözlər Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığıbəyanatda əksini tapıb.

Bəyanatda bildirilir ki, tarix boyu Fransa müstəmləkə siyasətiçərçivəsində Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar,soyqırımı aktları həyata keçirib, insan haqlarını kobud şəkildəpozub və bu siyasətini hələ də davam etdirməkdədir. Fransa Afrikadayerləşən keçmiş müstəmləkələrində neokolonial siyasət həyatakeçirməklə yanaşı, Reyunyon, Mayot, Qvadelup, Martinik və FransızQviyanası kimi müstəmləkə idarəçiliyi altında saxladığı ərazilərdəAfrika mənşəli xalqlara qarşı uzun illərdən bəri davam edən sosial,iqtisadi və siyasi basqılar edir. Bu siyasət çərçivəsində Fransayerli xalqların siyasi müstəqillik və iqtisadi sərbəstlikhüquqlarını məhdudlaşdırır, milli kimliklərin zəiflədilməsinə səbəbolur və təbii sərvətləri öz nəzarəti altında saxlamağa çalışır.

Reyunyon və Mayot adalarında əhali ciddi sosial və iqtisadiədalətsizliklərlə üzləşir. İşsizlik səviyyəsi 30 faizdən yüksəkdir,xüsusilə gənclər arasında işsizlik daha kəskin müşahidə olunur.

Səhiyyə və təhsil sahələrində resurs çatışmazlığı insanlarınhəyat keyfiyyətini aşağı salır. Qvadelup və Martinikdə də yüksəkişsizlik (35 faizdən çox), diskriminasiya və polis zorakılığı kimisosial problemlər mövcuddur. Yerli əhali mədəni kimlikləriniqorumaq üçün dövlət dəstəyindən məhrumdur. Fransız Qvianasındaişsizlik təxminən 40 faizdir. Təbii sərvətlərin istismarı tamamiləFransanın nəzarətindədir və yerli əhali iqtisadi faydaların çoxhissəsindən məhrumdur.

Bakı Təşəbbüs Qrupu paytaxt Bakı şəhərində Fransanın müstəmləkəsiyasətindən əziyyət çəkən Afrika mənşəli xalqların yaşadığıReyunyon, Mayot, Qvadelup və digər müstəmləkə ərazilərinə həsredilmiş beynəlxalq konfranslar təşkil edib, bu ərazilərdə yaşayanyerli xalqların, o cümlədən Afrika mənşəli xalqlarınmüstəmləkəçilikdən qaynaqlanan problemlərinin BMT tribunasındaqaldırılması istiqamətində çoxsaylı əməli fəaliyyət ortaya qoyub.Təşkilat Fransa hökumətini adıçəkilən ərazilərdə törətdiyiqanunsuzluqlar barədə cavab verməyə məcbur edib və BTQ-nin rəhbərheyəti BMT-nin Afrika mənşəli xalqlar üzrə Daimi Forumlarındaiştirak edərək onların fəaliyyətinə dəstək nümayiş etdirib.

BTQ Fransanın bu ərazilərdə uzun illər ərzində bilərəkdənyaratdığı sosial və iqtisadi bərabərsizlikləri, milli kimliklərinsistemli şəkildə məhv edilməsini ətraflı dərc etdirdiyihesabatlarında və sənədləşdirərək dünya ictimaiyyətinin diqqətinəçatdırıb.

Bu hesabatlarda Fransanın müstəmləkə siyasətindən irəli gələninsan hüquqları pozuntuları, iqtisadi və siyasi bərabərsizliyindavam etməsi, habelə mədəni assimilyasiya ilə milli kimliklərinitirilməsi mövzuları geniş şəkildə işıqlandırılıb.

Seçilən
82
13
az.trend.az

10Mənbələr