AZ

Çikunqunya virusu: Çində bir həftə ərzində 225 yoluxma

Çinli həkimlər avqustun 24-dən 30-dək ölkənin cənubundakı Quandun əyalətində çikunqunya virusuna 225 yeni yoluxma halı aşkarlayıblar.

Demokrat.az xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Regional Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Foşanda 119, Quançjouda 49, Şençjendə 16 yoluxma halı qeydə alınıb, qalanları isə əyalətin digər şəhərlərində aşkar edilib. Yoluxanlar xəstəliyi yüngül formada keçirirlər.

Seçilən
23
1
demokrat.az

7Mənbələr