Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Qəza "Opel" markalı minik avtomobili ilə VAZ-21074 markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı bir azyaşlı ölüb, 2 nəfər isə xəsarət alıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.