Ajans.az Report-a istinadla xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. "Opel" və VAZ 2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində VAZ-ın sərnişini - 2023-cü il təvəllüdlü N. Vahibzadə ölüb, 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.