AZ

Qara dənizdə yük gəmisi minaya düşdü

Qara dənizdə mülki gəmi minaya düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat yayıb.

Onun sözlərinə görə, partlayış zamanı heyət üzvləri arasında xəsarət alan olmayıb:

“Hazırda gəmiyə baxış keçirilir. Ola bilsin ki, gəmi hərəkətə davam edəcək”.

Ukrayna Teleqram kanallarının məlumatına görə, minaya güşən Beliz bayrağı altında üzən “NS Pride” adlı yük gəmisidir.

Seçilən
91
15
redaktor.az

10Mənbələr