AZ

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrundaşəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Yaşar Sadıqovun vəəsgər Mirağa Əliyevin, həmçinin Ermənistan silahlı qüvvələrinintörətdiyi təxribat nəticəsində 2023-cü il mayın 12-də şəhid olanəsgər Məhəmməd Qarayevin xatirəsinə həsr olunmuş anım mərasimikeçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Həzi Aslanov adına Orduİdeoloji və Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində əvvəlcəxalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhidolanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnisəsləndirilib.

Anım mərasimində çıxış edənlər polkovnik-leytenant Y.Sadıqovun,əsgər M.Əliyevin və əsgər M.Qarayevin qısa, lakin şərəfli həyat vədöyüş yollarından danışıblar. Döyüş yoldaşları onlarla bağlıxatirələrini mərasim iştirakçıları ilə bölüşüblər.

Sonra tədbir iştirakçılarına şəhidlərə həsr edilmiş sənədlifilmlər nümayiş etdirilib.

Sonda şəhidlərin ailə üzvləri və doğmaları onlara göstəriləndiqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim ucatutulduğuna görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali BaşKomandanı İlham Əliyevə və Birinci vitse-prezident MehribanƏliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinəminnətdarlıqlarını bildiriblər.

Şəhidlərin
Şəhidlərin
Şəhidlərin
Şəhidlərin
Şəhidlərin
Şəhidlərin
Şəhidlərin
Şəhidlərin
Şəhidlərin
Şəhidlərin
Şəhidlərin
Şəhidlərin
Məqalədə:
Seçilən
83
8
az.trend.az

10Mənbələr